Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub.
== İçindəkilər ==
Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb.
Kitab beş əsas başlıqdan ibarətdir.
Dövlət öz xalqına qarşı
Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror
Şərqi Avropa - kommunizmin qurbanı
Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər
Üçüncü dünya
== Kommunist rejimlərinin qurbanlarının ümumi sayı ==
Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib
Çin Xalq Respublikası - 65.000.000
Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000
Şimali Koreya - 2.000.000
Kamboca - 2.000.000
Efiopiya - 1.700.000
Əfqanıstan - 1.500.000
Vyetnam - 1.000.000
Şərq bloku - 1.000.000
Latın Amerikası - 150.000
Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır.
Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.